İlk 1/8 finalçı ÇSKA oldu: AL - 1/16 final

ESTAFET/ Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunları çərçivəsində 1 oyun keçirilib. Moskvada yerli ÇSKA Serbiya "Srvena Zvezda"nı qəbul edirdi.
Ruslar Alan Dzaqoyevin ilk hissənin son dəqiqəsində vurduğu yeganə qolla qələbə qazanıb.
UEFA Avropa Liqası, 2017/2018 mövsümü
1/16 final mərhələsi, cavab oyunu
21 fevral 2018
MOİK (Moskva, Rusiya) - "Srvena Zvezda" (Serbiya) 1:0
Qol: Dzaqoyev, 45+1
Baş hakim: Jorje Souza (Portuqaliya)
"VEB Arena", Moskva
İlk oyun - 0:0
Xatırladaq ki, mərhələnin digər 15 oyunu fevralın 22-də keçiriləcək.

