Avroliqada növbəti tur həyəcanı başlayır

ESTAFET/ Basketbol üzrə kişilər arasında qitənin ən nüfuzlu klub turniri olan Avroliqada XXIII turun oyunlarına bu gün start veriləcək.

 

İki günü əhatə edəcək turda hər oyun günü 4 qarşılaşma nəzərcə tutulub. Turnirdə iştirak edən turk klubları bu turu doğma azarkeşləri önündə oynayacaqlar. "Fənərbaxça" "Olimpiya Milano"nu, "Anadolu Efes" isə "Jalgiris"i qonaq edəcək.

 

Ən maraqlı görüşü kimi, turun sonuncu oyunu olan "Barselona" - "Real Madrid" oyununu qeyd edə bilərik.  

 

Avroliqa - 2017/2018 mövsümü
XXIII turun oyunları

 

22 fevral 2018

ÇSKA (Rusiya) - "Baskoniya" (İspaniya)  93:86

"Fənərbaxça" (Türkiyə)   - "Olimpia Milano" (İtaliya)  89:70

"Olimpiakos" (Yunanıstan) - "Valensiya" (İspaniya)  80:70

"Unikaxa" (İspaniya)  - "Makkabi TA" (İsrail)  83:69 

 

23 fevral 2018

21:00 "Ximki" (Rusiya) - "Panatinaikos" (Yunanıstan)  

21:30 "Anadolu Efes" (Türkiyə) - "Jalgiris" (Litva) 

23:45 "Bamberq" (Almaniya) - "Srvena Zvezda" (Serbiya)  

23:59 "Barselona" (İspaniya) - "Real Madrid" (İspaniya)  

 

 

  

Müəllif: Natiq NƏSİROV