Azərbaycan birinciliyindən maraqlı anlar - VİDEO

ESTAFET/ Xəbər verdiyimiz kimi, "Sərhədçi" Olimpiya İdman Mərkəzində cüdo üzrə U-21 gənclər arasında Azərbaycan birinciliyinə yekun vurulub.
İki gün davam edən respublika birinciliyində ümumi medal sayında “Judo Club 2012” klubu birinci, “Atilla İdman Klubu” İB ikinci, “Qəbələ” klubu isə üçüncü olub.
Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən, ümumilikdə 64 klubdan 467 (408 oğlan, 59 qız) gənc cüdoçunun mübarizə apardığı yarışdan maraqlı anları sizlərə təqdim edirik.

