Gənclər təşkilatları arasında keçirilən Peyntbol çempionatı başa çatıb

 

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən və Azərbaycan Gənc Hüquqşünaslar Birliyi tərəfindən həyata keçirilən “Gənc Atıcı” layihəsi başa çatıb.

Çempionatda Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatları iştirak edib.

Yarımfinala çıxmış ATGTİ, YAP Gənclər təşkilatı, İrəli İB və Gənclər Təşkilatları Milli Şurası final uğrunda mübarizə aparıblar. Sonda birinci yerə YAP Gənclər Təşkilatı birinci, ikinci yerə Gənclər Təşkilatları Milli Şurası, və üçüncü yerə İrəli İctimai Birliyi layiq görülüblər. Qaliblərə diplomlar və medallar təqdim edilib.