"Force India" da mövsüm üçün öz bolidini təqdim etdi

ESTAFET/ Bu gün, Formula 1 komandalarından olan "Force India" 2018-ci il Dünya çempionatı üçün nəzərdə tutduğu VJM11 bolidini Barselonada təqdim edib.

 

2008-ci ildən Formula 1 yarışlarına qatılan komanda bugünədək ən yaxşı nəticəsini 2016-cı və 2017-ci illərdə Mühəndislər Kubokunu 4-cü olaraq göstərib.

 

Mövsümdə mübarizə aparacaq komandalara arasında bolidini sonuncu təqdim edən komanda rəng baxımından ötənilki rəngə sadiq qalıb. Belə ki, bolid yenə çəhrayı rəngə boyanıb. Həmçinin sürücünün baş nahiyəsini qoruyan Halo sisteminin rəngi də bolidin rəngi ilə ahəng təşkil edəcək.

Müəllif: Bəhruz MƏMMƏDOV