Red Bull rəng çalarını təqdim edib

ESTAFET/ Red Bull komandası Londonda O2 Arenada keçirilən F1 75 tədbirində 2025-ci il rəng çalarını təqdim edib.

Formula 1-in 75-ci ili münasibəti ilə F1 75 tədbiri keçirilib və burada bütün komandalar bolidlərinin 2025-ci il rəng çalarlarını təqdim ediblər.

Red Bull komandası 2016-cı ildən bəri istifadə etdiyi mat tünd göy rəng çalarını qoruyub.

Ön burun və kokpitin üzərindəki qoruma həlqəsində sarı Red Bull loqotiplərini görürük. “Qırmızı öküzlər” klassik rəng çalarlarına bu il də sadiq qalıblar.

Lakin komanda sürücü heyətində dəyişiklik edib. Keçən il bərbad performans göstərən və Red Bull-un Mühəndislər Kubokunu itirməsinə səbəb olan Serxio Peres ilə yollar ayrılıb. Onu gənc Liam Louson əvəz edəcək.

Qryd edək ki, Red Bull komandası 2025-ci il bolidini fevralın 25-də Bəhreyndə təqdim edəcək.

Kokpit.az

Müəllif: Natiq NƏSİROV