Racing Bulls rəng çalarını təqdim edib

ESTAFET/ Racing Bulls Formula 1 komandası Londonda O2 Arenada keçirilən F1 75 tədbirində 2025-ci il rəng çalarını təqdim edib.

Fomula 1-in 75-ci illiyinə görə Londonda bütün komandalar birlikdə təqdimat ediblər.

2025-ci ildə yeni adla mübarizə aparmağa hazırlaşan Racing Bulls komandası yeni rəng çalarına bürünüb. Bolidin rəng çalarında ağ rəng üstünlük təşkil edir. Maşının burnunda və kokpitin üzərindəki qoruma halqasında qırmızı və sarı Red Bull loqotiplərini görürük.

Bolidin arxa tərəfində isə daha kiçik mavi rəngli Red Bull loqotiplərindən istifadə olunub.

Qeyd edək ki, Faentsa mərkəzli komanda adı və rəng çaları ilə yanaşı sürücü heyətini də dəyişib. Red Bull-a transfer olunan Liam Lousonu keçən il Formula 2-də ikinci yeri tutmuş Ayzek Həcər əvəz edəcək.

Kokpit.az

Müəllif: Natiq NƏSİROV