FORMULA-1: BELÇİKA QRAN-PRİSİ

ESTAFET/ Avqustun 26-dan etibarən sürət həvəskarlarının nəbzi Belçikada döyünürdü. Belə ki, milyonların sevimli idman növü və əyləncəsi olan Formula-1 yarışlarının növbəti mərhələsi start götürmüşdü.


Bu mərhələdə "Mercedes AMG F1" komandasının alman pilotu Niko Rosberq yenidən hamıdan sürətli olduğunu sübut edə bildi. Bakıda keçirilən Avropa Qran-Prisindəki qələbədən sonra Niko iyul ayında doğma meydanında öz azarkeşlərinin ümidlərini doğrulda bilməmişdi. Burada isə 1:44:51.058 vaxt göstəricisi ilə qalib olmağı bacardı. Daha maraqlısı isə, onun qələbə qazanmaqda  qədər də çətinlik çəkməməsi idi. 


İkinci yeri "Red Bull Racing" komandasının avtraliyalı pilotu Daniel Rikkardo (+14.113), üçüncü yeri isə digər "Mercedes AMG F1" komandasının britaniyalı piloti Lyuis Hamilton (+27.634) tutub.

 

Belçika Qran-Prisindəki mübarizədən sonra sıralamalardakı ilk "beşlik"lər aşağıdakı kimidir:

 

Şəxsi birincilik

 

1. Xamilton (Mercedes AMG F1) - 232
2. Rosberq (Mercedes AMG F1) - 223
3. Rikkardo (Red Bull Racing) - 151
4. Fettel (Ferrari) - 128

5. Raykkonen (Ferrari) - 124 

 

Komanda birinciliyi

 

1. Mercedes - 455
2. Red Bull - 274
3. Ferrari - 252
4. Force İndia - 103

5. Williams - 101

 

Qeyd edək ki, növbəti mərhələ yarışları 2-4 sentyabr tarixlərində Montza şəhərində keçiriləcək İtaliya Qran-Prisi olacaq.