Uşaq Atletikasına aid Seminar keçirilib

ESTAFET/ 22-24 Fevral tarixlərində, Beynəlxalq Atletika Federasiyası, Avropa Atletika Assosiyasiyası və Bolqarıstan Atletika Federasiyası tərəfindən, Bolqarıstanın Samokov şəhərində uşaq atletikasına dair "Kids Athletics" adlı seminar təşkil olunub. 38 ölkədən 41 nümayəndənin qatıldığı tədbirdə Azərbaycandan, Azərbaycan Atletika Federasiyasının əməkdaşı Kənan Məhərrəmov iştirak edib.

 

Seminarın əsas məqsədi uşaqları idmana cəlb etməyin yolları, həvəsləndirici yarışların təşkil edilməsi və uşaqların daha sağlam böyüməsinə şərait yaratmaqdır.

 

İştirakçılar, seminarın prakitki hissəsində, yerli uşaqlar üçün yarış təşkil etdilər. Tədbirin sonunda iştirakçılara sertifikat təqdim edildi. 

Müəllif: Natiq NƏSİROV