"Barselona" play-off şansını itirdi

ESTAFET/ Basketbol üzrə kişilər arasında qitənin ən nüfuzlu klub turniri olan Avroliqada XXIV turun oyunlarına start verilib.
İki günü əhatə edəcək turun ilk oyun günündə 5 qarşılaşma baş tutub. Moskva ÇSKA-sı lideürliyini möhkəmlətdiyi turda, "Barselona" demək olar ki, play-off şanslarını itirdi. Eyni sözləri Türkiyə "Anadolu Efes"i haqda da demək olar.
Tura möhtəşəm "Fənərbaxça" - "Real Madrid" oyunu ilə yekun vurulub. Türklər çətin səfərdən qələbə ilə dönüblər.
Avroliqa - 2017/2018 mövsümü
XXIV turun oyunları
1 mart 2018
"Jalgiris" (Litva) - "Barselona" (İspaniya) 90:74
"Makkabi TA" (İsrail) - ÇSKA (Rusiya) 73:93
"Valensiya" (İspaniya) - "Bamberq" (Almaniya) 86:70
"Olimpia Milano" (İtaliya) - "Anadolu Efes" (Türkiyə) 77:64
"Baskoniya" (İspaniya) - "Ximki" (Rusiya) 87:77
2 mart 2018
"Srvena Zvezda" (Serbiya) -"Unikaxa" (İspaniya) 80:76
"Panatinaikos" (Yunanıstan) - "Olimpiakos" (Yunanıstan) 85:87 - əlavə vaxtda
"Fənərbaxça" (Türkiyə) - "Real Madrid" (İspaniya) 83:86
