"Qarabağ" və "Sumqayıt"dan növbəti qələbələr: TPL - XIX tur

ESTAFET/ Bu gün futbol üzrə Azərbaycan Topaz Premyer Liqasında XIX turun son oyunları keçirilib.
Günün ilk oyununda "Səbail" son 6 turdu məğlubiyyətsiz davam edən “Sumqayıt”ı qəbul edib. "Sumqayıt" Amil Yunanovun qolu ilə 3 xalını qazanıb və məğlubiyyətsizlik seriyasını davam etdirib.
Suraxanıda turun mərkəzi görüşü baş tutub. Lider “Qarabağ” 3-cü pillədə qərarlaşan “Zirə”ni qəbul edirdi. İlk hissədəcə qarşılaşmanın taleyini həll edən ağdamlılar “Zirə”nin isə 3-cü yer şanslarını təhlükə altına salıblar.
Topaz Premyer Liqası, 2017/18 mövsümü
XIX turun oyunları
10 mart 2018
“Qarabağ” – “Zirə” 2:0
Qollar: Dani Kintana 22, Elvin Yunuszadə 35
Hakimlər: Elvin Əsgərov, Namiq Hüseynov, İsgəndər Əliyev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Əli Hüseynov
“Azərsun Arena”
“Qarabağ”: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 8. Migel Madera, 10. Pedro Enrike, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 90. Ramil Şeydayev, 91. Coşqun Diniyev, 99. Dani Kintana
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 7. Rahid Əmirquliyev, 11. Mahir Mədətov, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 44. Ağabala Ramazanov, 52. Yakub Jezniçak, 70. Nicat Süleymanov, 77. Vild-Donald Gerrye
Baş məşqçi: Qurban Qurbanov
"Zirə”: 85. Kamal Bayramov (k), 3. Jozef Bum, 5. Adil Nağıyev, 8. Milan Duriç, 9. Aleksandr Dedov, 11. Viktor İqbekoyi, 13. Aleksandr Şemonayev, 23. Yovan Krneta, 38. İlkin Muradov, Riçard Qadze, 88. Elşən Abdullayev
Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 4. Vüqar Mustafayev, 7. Sadio Tounkara, 14. Tellur Mütəllimov, 16. İbrahim Aslanlı, 17. Vüsal İsgəndərli, 18. Yani Urdinov, 29. Comal Uilyams, 39. Sadiq Quliyev, 57. Kənan Zülfüqarov, 77. Mirsahib Abbasov, 87. Müşfiq İlyasov
Baş məşqçi: Ayxan Abbasov
“Səbail” – “Sumqayıt” 0:1
Qol: Amil Yunanov 69
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Nahid Əliyev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Məhəmməd Məmmədov
“Bayıl Arena”
“Səbail”: 1. Emil Balayev, 4. Rahil Məmmədov, 5. Kərim Diniyev, 7. Fəhmin Muradbəyli, 11. Elman Taqayev, 13. Faruk Miya, 15. Nikoloz Apakidze, 20. Eltun Yaqublu (k), 23. Ayron Stati, 29. Yevgeni Koçuk, 92. Vaxıt Orazsaxedov
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 98. Kamran Əliyev, 18. Aqşin Qurbanlı, 10. Nurlan Novruzov, 3. Tamazi Tsetsxladze, 17. Vüqar Nadirov, 88. Orxan Qurbanlı
Baş məşqçi: Samir Əliyev
“Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 5. Vüqar Bəybalayev, 9. Amil Yunanov, 10. Cavid İmamverdiyev, 11. Ehtiram Şahverdiyev, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov
Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 6. Kamal Mirzəyev, 7. Cavid Tağıyev, 13. Bəhlul Mustafazadə, 17. Nicat Qurbanov, 25. Süleyman Əhmədov, 70. Ülvi İsgəndərov, 77. Elnur Abdullayev, 97. Xəyal Nəcəfov
Baş məşqçi: Samir Abasov
Turnir cədvəli
№ | Komandalar | O | Q | B | M | T-F | X |
1 | Qarabağ | 19 | 15 | 3 | 1 | 30 - 7 | 48 |
2 | Qəbələ | 19 | 12 | 2 | 5 | 33 - 19 | 38 |
3 | Zirə | 19 | 9 | 5 | 5 | 27 - 19 | 32 |
4 | Sumqayıt | 19 | 9 | 4 | 6 | 24 - 20 | 31 |
5 | Neftçi | 19 | 8 | 2 | 9 | 24 - 22 | 26 |
6 | Səbail | 19 | 5 | 2 | 12 | 13 - 27 | 17 |
7 | Keşlə | 19 | 4 | 3 | 12 | 16 - 31 | 15 |
8 | Kəpəz | 19 | 3 | 1 | 15 | 12 - 34 | 10 |
Bombardir: Baqali Dabo ("Qəbələ") - 11 qol
