QIZLARIMIZ 1 BÜRÜNC QAZANDI
ESTAFET/ Fransanın Makon şəhərində güləş üzrə Dünya çempionatı davam edir. Bu gün keçirilən yarışlarla qadın güləşçilərin mübarizəsinə yekun vurulub.
Təmsilçilərimizdən yalnız biri - 67 kq çəki dərəcəsində mübarizə aparan Elis Manolova mükafatçılar arasında yer ala bilib. Ardıcıl olaraq, Özbəkistan və Ukrayna təmsilçilərinə qalib gələn güləşçimiz yarımfinalda meydan sahibi fransız güləşçiyə məğlub olub. 3-cü yer üçün görüşdə Hindistan təmsilçisini məğlub etməyi bacaran Elis Dünya çempionatının bürünc medalına sahib olub.
Gənc qızların mübarizəsində Azərbaycanı Elis Manolovadan başqa Gülcahan Hacıyeva (48kq), Səbinə Həmzəlizadə (51 kq) və Şəbnəm Əhmədova (55 kq) təmsil edirdilər.