Təmsilçimiz yarımfinala çıxa bilmədi

ESTAFET/ Çex Respublikasında keçirilən badminton üzrə "KaBaL International Karviná 2018" beynəlxalq turnirinin 1/4 finalına yüksələn Azərbaycan təmsilçisi Edi Reski Dviçayo bu gün yarımfinala yüksəlmək uğrunda Danimarka təmsilçisi Viktor Svendsenlə qarşılaşıb.

 

Gərgin və maraqlı mübarizə şəraitində keçən görüş təmsilçimizin üstünlüyü ilə başlayıb. İlk seti qalib başa vuran Edi ikinci seti cəmi iki xallıq fərqlə uduzub. Sonuncu və həlledici üçüncü setdə qalib gələn Svendsen Karvina şəhərində keçirilən beynəlxalq turnirin yarımfinalına yüksəlib. 

Müəllif: Natiq NƏSİROV