BAKU-2016: 2-Cİ TURDA RƏQİBLƏRİMİZ

ESTAFET/ Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında ikinci turun təqvimi müəyyənləşib. Kişilərdən ibarət əsas millimiz Makedoniya ilə qarşılaşacaq. İkinci yığmamız Litvanı, üçüncü komandamız isə Belarusu sınağa çəkəcək.

 

Favoritlərdən Rusiya Türkmənistanla, ABŞ Şotlandiya ilə, Çin Belçika ilə, Ukrayna isə Albaniya ilə üz-üzə gələcək.

 

Qadınlardan ibarət əsas millimizin rəqibi Meksikadır. İkinci komandamız Monqolustan, üçüncü yığmamız isə Türkiyə ilə üz-üzə gələcək.

 

Bakı Şahmat Olimpiadasının mətbuat xidməti xəbər verir ki, favoritlər Çin Monteneqronu, Ukrayna Moldovanı, Rusiya Ekvadoru, Gürcüstan Filippini, Hindistan isə Braziliyanı sınağa çəkəcək.