Ömər Paşayev üçün növbəti təyinat

ESTAFET/ Azərbaycanlı FİFA referisi Ömər Paşayev növbəti beynəlxalq oyuna təyinat alıb. Fit sahibimiz 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 6-cı qrupunda, martın 27-də keçiriləcək Türkiyə - Malta oyunununda əsas söz sahibi olacaq.
Ona Namiq Hüseynov və Mübariz Haşımov yardımçı olacaqlar. Dördüncü hakim kimi isə Rəhim Həsənov şans gözləyəcək.
