BAKU-2016: 3-CÜ TURDAKI RƏQİBLƏRİMİZ

ESTAFET/ Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında üçüncü turun təqvimi müəyyənləşib. Kişilərdən ibarət əsas millimiz Macarıstanla qarşılaşacaq. İkinci yığmamızı Hindistanla ağır görüş gözləyir. Üçüncü komandamız isə Livanı məğlub etməyə çalışacaq.

Favoritlərdən Rusiya Moldova ilə, ABŞ Argentina ilə, Çin Braziliya ilə, Ukrayna isə Almaniya ilə üz-üzə gələcək.

Qadınlardan ibarət əsas millimizin rəqibi Polşa olacaq. İkinci komandamız Almaniya, üçüncü komandamız isə Qırğızıstan ilə qarşılaşacaq.

Favoritlərdən Çin Vyetnamla, Ukrayna ABŞla, Rusiya Özbəkistanla, Gürcüstan Estoniya ilə, Hindistan isə Filippinlə qarşılaşacaqlar.