"Məni düzgün başa düşün..." Yuri Maksimov
ESTAFET/ “Turnir cədvəlinin lideri ilə aşağı pillələrdə qərarlaşan komanda üz-üzə gəldilər”. Bu sözləri “Keşlə”nin baş məşqçisi Yuri Maksimov deyib.
Ukraynalı mütəxəssis Azərbaycan Premyer Liqasının XXI turunun “Qarabağ”la səfər matçı (1:1) barədə fikirlərini açıqlayıb: “Oyun maraqlı alındı. Təxminən 60 dəqiqə yaxşı oynadıq. Biz əvəzetmə edəndə, gənclər meydana çıxırdı. Hansı ki, bu yaxınlara kimi əvəzedicilərdə oynayırdı. “Qarabağ”da isə təcrübəli oyunçular meydana çıxırdı. Buna görə, heç-heçəni yaxşı nəticə hesab edirəm.
- Əvəzedici heyətin üzvlərinə güvəndiyinizi dediz. Bunun günahı kimdədi? Komanda niyə yetərincə transfer həyata keçirməyib?
- Bu mövzu barədə danışmaq istəmirəm. Ancaq onu deyə bilərəm ki, əlimizdə olan “material”dan tam isrtifadə edirik.
- Demək olar ki, klubun qış transfer siyasəti iflasa uğradı?
- Məni düzgün başa düşün. Güclü futbolçu 4 aylıq müqaviləyə və bizim təklif etdiyimiz məbləğə gəlməz.
- Fasilədən sonra komanda necə təsir bağışlayır? İrəliləyiş varmı?
- Mən bayaq da qeyd elədim. Komanda bu gün 60 dəqiqə tab gətirdi. Sonra isə o qədər də yaxşı təsir bağışlamadı.
- Rəhbərliyin qarşısına futbolçularla uzunmüddətli müqaviləni şərt qoya bilməzdiz?
- Büdcə çərçivəsində hərəkət etmişik. Ancaq sonra həmin futbolçuların tələb etdiyi məbləği verə bilmədik. Buna görə, transfer etdiyimiz futbolçulara irad bildirə bilmərəm.
- Kamran Ağayevin zədəsi nə yerdədi? Ciddi deyil ki?
- Həkimlər hələ bu barədə heç nə deməyiblər. Onlarla danışdıqdan sonra onun vəziyyətinə aydınlıq gələcək.