"Gərgin, maraqlı oyun alındı”: Ayxan Abbasov

ESTAFET/ Xəbər verdiyimiz kimi, futbol üzrə Azərbaycan Topaz Premyer Liqasının XXI turu çərçivəsində bu gün Gəncədə yerli "Kəpəz"lə qarşılaşan “Zirə” qolsuz bərabərliyə razılaşıb. Klubunun feysbuk səhifəsində komandanın baş məşqçisi Ayxan Abbasovun oyundan sonrakı fikirləri yerləşdirilib:

 

"Gərgin, maraqlı oyun alındı”Bilirdik ki, qış fasiləsindən sonra “Kəpəz” heç kimə asan məğlub olmayıb. Hətta son dəqiqələrdə buraxdıqları qollara baxmayaraq da, layiqli oynayıblar. Bizim komandaya gəlincə, təəssüf ki, 3-4 real qol şansımız olsa da, bundan yararlanmadıq. Bütün hallarda uşaqlar əzmkar futbol sərgilədi və yetirmələrimdən razı qaldığımı deyə bilərəm". 

Müəllif: Bəhruz MƏMMƏDOV