BAKU-2016: 5-Cİ TURDAKI RƏQİBLƏRİMİZ
ESTAFET/ 42-ci Ümumdünya Şahmat Olimpiadasında beşinci turda qarşılaşacaq rəqiblər müəyyənləşib. İlk 4 turu qələbə ilə başa vuran kişilərdən ibarət əsas millimiz 5-ci turda iddialı Hindistan ilə qarşılaşacaq. İkinci komandamız Türkmənistan, üçüncü komandamız isə Zimbabve ilə qarşılaşacaq.
Favoritlərdən Rusiya Misir ilə, Ukrayna Çin ilə, ABŞ Serbiya ilə üz-üzə gələcək. Qeyd edək ki, 4-cü turda mərkəzi görüşdə prinsipal qarşılaşmada Ukrayna yığması Rusiyanı 2,5:1,5 hesabı ilə məğlub etmişdi.
Qadınlardan ibarət əsas millimizin bu turda Almaniya qarşısında ciddi sınağa çıxacaq. İkinci komandamız İspaniya, üçüncü komandamız isə Özbəkistan ilə qarşılaşacaq.
Favoritlərdən Çin - İtaliya, Ukrayna - Serbiya, Rusiya - Qazaxıstan, Gürcüstan - Peru, Hindistan - Vyetnam qarşılaşacaqlar.