BAKU-2016: 6-CI TURDAKI RƏQİBLƏRİMİZ
ESTAFET/ 42-ci Ümumdünya Şahmat Olimpiadası davam edir. 5 turdan sonra yarışlarda şahmatçılara 1 günlük istirahət verilib. Sabah davam edəcək 6-cı turda qarşılaşacaq komandalar artıq müəyyənləşib. 5-ci turda Hindistanda ağır məğlubiyyət alan kişilərdən ibarət əsas millimiz 6-cı turda Yunanıstan ilə qarşılaşacaq. İkinci komandamız Rumıniya, üçüncü komandamız isə Qana yığması ilə qarşılaşacaq.
Favoritlərdən Rusiya Almaniya ilə, Ukrayna ABŞ ilə, Hindistan Hollandiya ilə üz-üzə gələcək. Qeyd edək ki, Olimpiadada ilk 5 turdan sonra xal itirməyən 3 komanda qalıb - Ukrayna, Hindistan və Hollandiya.
Qadınlardan ibarət əsas millimiz istirahətdən sonra güclü Gürcüstan yığması ilə qarşılaşacaq. İkinci komandamız Çexiya, üçüncü komandamız isə Çili ilə qarşılaşacaq.
Burada turun mərkəzi qarşılaşmasında Rusiya və Ukrayna milliləri qarşılaşacaq. Digər qarşılaşmalardan Çin - Rumıniya, Hindistan - Latviya cütləri turnir mövqeyi baxımından əhəmiyyətli xarakter daşıyır. Qadınların mübarizəsində isə iki komanda - Ukrayna və Rusiya xal itirmədən yolllarına davam edirlər.