SERENA UİLYAMS YARIMFİNALDA

ESTAFET/ Xəbər verdiyimiz kimi ABŞ-da "Böyük Dəbilqə" seriyasından olan tennis üzrə "US Open" superturniri davam edir. Artıq turnir öz kuliminasiya nöqtəsinə yaxınlaşır. Bu gecə keçirilən son görüşlə qadınlar arasında sonuncu yarımfinalçı da müəyyənləşib.
Sonuncu yarımfinalçı ABŞ təmsilçisi, dünyanın 1 nömrəli raketka ustası Serena Uilyams olub. Serena rumıniyalı tennisçi Simona Halepi 2 saat 14 dəqiqə davam edən gərgin qarşılaşma sonucunda 2:1 (6:2, 4:6, 6:3) hesabı ilə məğlub etməyi bacarıb.
Serenanın yarımfinaldakı rəqibi çexiyalı Karolina Pleşkova olacaq. Digər yarımfinal görüşündə isə Anjelika Kerberlə (Almaniya) Karolina Voznyatski (Danimarka) qarşılaşacaqlar.
