Boksçularımız rəqiblərini tanıdılar

ESTAFET/ İtaliyanın Rozeto-deli-Abrutsi şəhərində gənc boksçular arasında keçiriləcək Avropa birinciliyinin püşkü atılıb. Yarışa 10 oğlan və 1 qız idmançı ilə qatılan Azərbaycan millisinin üzvlərinin də ilk rəqibləri məlum olub.

 

Bu gün start götürəcək birinciliyin ilk günündə Nəbi İsgəndərovla Məhəmməd Yusifov rinqə çıxacaq. Təmsilçilərimiz 1/16 finaldan mübarizəyə başlayacaqlar. Onlarla yanaşı, Nurlan Səfərov da yarışa bu mərhələdən start verəcək.

 

Çempionatda final görüşləri aprelin 25-də olacaq.

 

Qeyd edək ki, Avropa birinciliyi bu ilin oktyabrında Argentinanın paytaxtı Buenos Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya xarakteri də daşıyır. Oğlanların yarışında 49 kq çəki dərəcəsi istisna olmaqla, digər kateqoriyalarda 2000-2001-ci il təvəllüdlü idmançılar arasında ən yaxşı nəticə göstərən Olimpiadaya vəsiqə əldə edəcək. Qızların yarışında isə 4 çəki dərəcəsində (51 kq, 57 kq, 60 kq, 75 kq) ən yaxşı yeniyetmə Buenos Ayresdə çıxış etmək hüququna yiyələnəcək.

 

18 aprel 2018
1/16 final
56 kq. Nəbi İsgəndərov – Aleks Baki (Macarıstan)
75 kq. Məhəmməd Yusifov – Vilmantas Sirius (Litva)

 

19 aprel 2018
1/16 final
60 kq. Nurlan Səfərov – Stefan Kirkorov (Bolqarıstan)

 

1/8 final
81 kq. Zaur Musayev – Damyan Zavieruşinski (Polşa)
91 kq. İsmayıl Yaqubov – Viktor Yurk (Almaniya)

 

20 aprel 2018
1/8 final
49 kq. Maqsud Xasmetov – Ramil Əliyev (Belarus)
52 kq. Həsən İbrahimov – İbrahim Bukedim (Fransa)
64 kq. Səbuhi Abışov – Erdonis Maliqi/Arman Dabaqyan (Polşa)
69 kq. Nicat Həsənov – Stefan Ristanoviç (Serbiya)

 

21 aprel 2018
1/8 final
60 kq. Ruhanə Məmmədova – Françeska Delle Piane (İtaliya)

 

1/4 final
+91 kq. Vüqar Səmədov – Oskar Kopera (Polşa) 

Müəllif: Natiq NƏSİROV