Eltac Dubaydan bürünclə qayıdır

ESTAFET/ Birləşmiş Ərəb Əmirliklərində sayca 2-ci “Şarjah Masters” şahmat turniri başa çatıb. Turnirdə olkəmizi Eltac Səfərli və milliləşdirilmiş legioner Arkadiy Naydiç təmsil edirdilər.

 

9 turdan sonra aktivinə 7 xal yazdırmağı bacaran Eltac səfərli liderdən 1 xal geri qalıb. Çinli vanq Hao da şahmatçımızla bərabər xala malik olub. Lakin, əlavə əmsallara görə gümüş medal Çin şahmatçısına, bürünc isə Eltaca çatıb.

 

Naydiç isə ilk onluqdan kənar qalıb. Turnirin qalibi adını 8 xalla iranlı Parham Maqsudlu qazanıb. 

Müəllif: Natiq NƏSİROV