Eldəniz qızıl, Elvin bürünc qazandı

ESTAFET/ Bu gün Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatına start verilib. 

 

İlk yarış günündə 55, 63, 77, 87 və 130 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri yarışır. Güləşçilərimizdən Elvin Mürsəliyev və İslam Abbasov hərəyə iki görüş, Eldəniz Əzizli isə bir görüşü qələbə ilə başa vuraraq yarımfinala yüksəlib. Hər üç güləşçimizin yarımfinalda rəqibi Rusiya idmançısı olub.

 

55 kq çəkidə mübarizə aparan Eldəniz Əzizli yarımfinal görüşündə 1:7 hesabla geridə olmasına baxmayaraq mübarizlik və əzmkarlıq göstərərək Rusiya təmsilçisi Vasili Topoevi 9:7 məğlub edib və finala yüksəlib. Finalda Eldəniz Estoniya idmançısı ilə qarşılaşacaq.

 

Elvin Mürsəliyev (77 kq) ikiqat Olimpiya çempionu Roman Vlasovla görüşdən məğlub ayrılıb və bürünc medal görüşünə haqq qazanıb. 87 kq-da mübarizə aparan İslam Abbasov da gərgin keçən qarşılaşmada rəqibinə minimal fərqlə uduzub və bürünc medal görüşünə haqq qazanıb. Güləşçilərimizin rəqibləri sabah keçiriləcək təsəlliverici görüşlərdən sonra məlum olacaq.

 

Final görüşləri sabah Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

 

55 kq
FİNAL - Helary Maegissalu (EST) - Eldəniz Əzizli 0:8
1/2 final - Eldəniz Əzizli - Vasili Topoev (RUS) 9:7
1/4 final - Nugzari Tsurtsumia (GEO) - Eldəniz Əzizli 0:9

 

63 kq
1/8 final - Levani Kavjaradze (GEO) - Taleh Məmmədov 4:0

 

77 kq
3-cü yer üçün: Tornike Camaşvili (GEO) - Elvin Mürsəliyev 2:6
1/2 final - Roman Vlasov (RUS) - Elvin Mürsəliyev 4:0
1/4 final - Mateusz Lukasz Volni (POL) - Elvin Mürsəliyev 2:7
1/8 final - Elvin Mürsəliyev - Riccardo Vito Abbrescia (İTA) 12:8

 

87 kq
3-cü yer üçün: Denis Kudla (GER) - İslam Abbasov  3:1
1/2 final - İslam Abbasov - Bekxan Ozdoev (RUS) 3:4
1/4 final - İslam Abbasov - Viktor Lorincz (HUN) 3:1
1/8 final - İslam Abbasov - Roman Jernovetski (İSR) 9:0

 

130 kq
1/8 final - Vladislav Voronyi (UKR) - Türmən Eyyubov 3:0 

Müəllif: Natiq NƏSİROV