Daha 5 yunan-Roma güləşçimiz mübarizəyə qoşulur

ESTAFET/ Rusiya Federasiyasının Kaspiysk şəhərində keçirilən güləş üzrə böyüklər arasında Avropa çempionatında sabah mübarizə davam edəcək. İkinci yarış günündə 60, 67, 72, 82 və 97 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri yarışacaq.

 

Hər bir çəki dərəcəsində Azərbaycan pəhləvanları da döşək üzərinə çıxacaqlar.

 

60 kq
1/4 final - Murad Məmmədov - M.Kajarski (BLR) / Elçin Əli (TUR)

 

67 kq
1/8 final - Elman Muxtarov - Artem Surkov (RUS)

 

72 kq
1/16 final - M.Dağ (TUR) - Rəsul Çunayev

 

82 kq
1/8 final - Rafiq Hüseynov - E.Babayan (POL) / Z.Datunaşvili (GEO)

 

97 kq
1/8 final - T.Soost (SVK) - Orxan Nuriyev 

Müəllif: Natiq NƏSİROV