"Real" finalda! ÇL - Yarımfinal

ESTAFET/ Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında ilk finalçının adına aydınlıq gəlib. "Real” "Santyaqo Bernabeu"da “Bavariya”nı qəbul edib.

 

Münhendə 2:1 hesabı ilə qalib gələn turnirin son qalibi “Real” ardıcıl 3-cü dəfə finala adlamağı bacarıb. 

 

Gərgin mübarizə şəraitində keçən qarşılaşma qollu bərabərliklə yekunlaşıb. 

 

UEFA Çempionlar Liqası, 2017/18 mövsümü

Yarımfinal - cavab oyunu

1 may 2018

“Real” – “Bavariya”  2:2

Qollar: Benzema 11, 46 : Kimmix 3, Rodriges 63

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Madrid, “Santyaqo Bernabeu” stadionu

İlk oyun - 2:1

“Real” (İspaniya): 1. Keylor Navas, 4. Serxio Ramos (k), 5. Rafael Varan, 12. Marselo, 17. Lukas Vaskes, 10. Luka Modriç, 23. Mateo Kovaçiç (14. Kasemiro, 73), 20. Marko Asensio (6. Naço, 88), 8. Toni Kroos, 7. Kriştianu Ronaldo, 9. Kərim Benzema (11. Qaret Beyl, 72)

Ehtiyat oyunçular: 13. Kiko Kasilya, 15. Teo Ernandes, 24. Dani Sebalyos, 21. Borxa Mayoral

Baş məşqçi: Zinəddin Zidan

“Bavariya” (Almaniya): 26. Sven Ulrayx, 4. Niklas Süle, 5. Mats Hummels, 27. David Alaba, 32. Yozua Kimmix, 6. Tiaqo Alkantara, 24. Sorentin Tolisso (2. Sandro Vaqner, 74), 11. Hames Rodriges (8. Xavi Martines, 84), 25. Tomas Müller (k), 7. Frank Riberi, 9. Robert Levandovski

Ehtiyat oyunçular: 22. Tom Ştark, 30. Niklas Dorş, 19. Sebastian Rudi, 15. Lars Lukas Mai, 13. Rafinya

Baş məşqçi: Yupp Haynkes

Müəllif: Orxan NOVRUZOV