Murad və Rəsul gümüş, Rafiq bürünc medal qazandı: AÇ-2018

ESTAFET/ Rusiya Federasiyasının Kaspiysk şəhərində (Dağıstan Respublikası) güləş üzrə böyüklər arasında Avropa çempionatı davam edir.

 

İkinci yarış günündə 60, 67, 72, 82 və 97 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri yarışıb. Güləşçilərimiz günü 2 gümüş və 1 bürünc medalla başa vurub.

 

Güləşçilərimizdən Rəsul Çunayev 3, Rafiq Hüseynov 2, Murad Məmmədov 1 görüşü qalib başa vuraraq yarımfinala yüksəlib. Yarımfinal görüşündə Murad Məmmədov İtaliya, Rəsul Çunayev Gürcüstandan olan rəqiblərini üstələyib və finala yüksəlib. Finalda hər iki güləşçimizin rəqibi Rusiya təmsilçisi olub. Minimal fərqlə uduzan Murad Məmmədov ilk dəfə qatıldığı böyüklər arasında Avropa çempionatının gümüş medalına yiyələnib. Daha bir gümüş medalı yığmamıza Rəsul Çunayev qazandırıb.

 

Rafiq Hüseynov isə Belarus idmançısı ilə görüşdə məğlub olaraq bürünc medal görüşünə haqq qazanıb. Həlledici görüşdə Almaniya idmançısına qalib gələn Rafiq Avropa çempionatının bürünc medalını qazanıb.

 

Elman Muxtarov (67 kq) və Orxan Nuriyev (97 kq) təsəlliverici görüşlərə qatılsalar da həlledici görüşə vəsiqə qazana bilməyiblər.

 

60 kq
FİNAL - Murad Məmmədov - Sergey Emelin (RUS) 5:6
1/2 final - Murad Məmmədov - Jacopo Sandron (İTA) 9:0
1/4 final - Murad Məmmədov - Maksim Kajarski (BLR) 3:0

 

67 kq
Təsəlliverici görüş - Elman Muxtarov - Karen Aslanyan (ARM) 3:5
1/8 final - Elman Muxtarov - Artem Surkov (RUS) 0:9

 

72 kq
FİNAL - Adam Kurak (RUS) - Rəsul Çunayev 9:5
1/2 final - Rəsul Çunayev - Yuri Lomadze (GEO) 9:3
1/4 final - Daniel Cataraga (MDA) - Rəsul Çunayev 2:3
1/8 final - Yuriy Kankou (BLR) - Rəsul Çunayev 0:9
1/16 final - Murat Dağ (TUR) - Rəsul Çunayev 1:4

 

82 kq
Bürünc medal görüşü - Roland Şvarz (GER) - Rafiq Hüseynov 3:4
1/2 final - Viktar Sasunouski (BLR) - Rafiq Hüseynov 9:0
1/4 final - Zarko Dickov (SRB) - Rafiq Hüseynov 1:3
1/8 final - Rafiq Hüseynov - Zurabi Datunaşvili (GEO) 4:3

 

97 kq
Təsəlliverici görüş - Orxan Nuriyev - Balasz Kiss (HUN) 1:2
Təsəlliverici görüş - Nikolay Bayryakov (BUL) - Orxan Nuriyev 1:3
1/4 final - Orxan Nuriyev - Mixeil Kajaia (SRB) 1:3
1/8 final - T.Soost (SVK) - Orxan Nuriyev 0:8 

Müəllif: Natiq NƏSİROV