Elis gümüş, Alyona bürünc medal qazandı: AÇ-2018
ESTAFET/ Rusiya Federasiyasının Kaspiysk şəhərində (Dağıstan Respublikası) güləş üzrə böyüklər arasında Avropa çempionatı davam edir.
Dördüncü yarış günündə 53, 57, 62, 65 və 72 kq çəki dərəcələrində qadın güləşçilər mübarizəyə qoşulub. Güləşçilərimiz yarış gününü 1 gümüş və 1 bürünc medalla tamamlayıb.
57 kq-da mübarizə aparan Alyona Kolesnik ilk görüşündə Türkiyə, ikinci görüşündə ötən ilin Avropa çempionu olan Norveç idmançısını tam üstünlüklə məğlub edərək yarımfinala yüksəlib. Güləşçimizin rəqibi Rusiya təmsilçisi olub. Minimal fərqlə uduzan Alyona Kolesnik bürünc medal görüşünə haqq qazanıb. Həlledici görüşdə Belarus idmançısına 36 saniyə ərzində tam üstünlüklə qalib gələn güləşçimiz çempionatın bürünc medalını qazanıb.
65 kq-da yarışan Elis Manolova isə macar və çex rəqiblərini mübarizədən kənarlaşdırıb və yarımfinala vəsiqə qazanıb. Yarımfinalda rəqib İsveç idmançısı olub. Rəqinə heç bir şans verməyən Elis finala yüksəlib. Finalda onun rəqibi Finlandiya təmsilçisi Petra Olli olub. Gərgin keçən görüşdə uduzan Elis Manolova çempionatın gümüş medalına yiyələnib.
53 kq
1/4 final - Maria Preovolaraki (GRE) - Anjela Doroqan 10:4
57 kq
Bürünc medal görüşü - Zalina Sidakova (BLR) - Alyona Kolesnik 0:4 (36 san., tuşe)
1/2 final - İrina Ologonova (RUS) - Alyona Kolesnik 3:2
1/4 final - Grace Jacob Bullen (NOR) - Alyona Kolesnik 0:10
1/8 final - Melika Öztürk (TUR) - Alyona Kolesnik 0:6 (tuşe)
62 kq
1/8 final - Veranika İvanova (BLR) - Elmira Qəmbərova 6:4
65 kq
FİNAL - Petra Olli (FİN) - Elis Manolova 3:1
1/2 final - Elis Manolova - Henna Katarina Johansson (SWE) 6:1
1/4 final - Adela Hanzlickova (CZE) - Elis Manolova 1:4
1/8 final - Elis Manolova - Gabriella Sleisz (HUN) 3:0