"Son gündə 2 qızıl, 2 bürünc medal şansı": AÇ-2018
ESTAFET/ Rusiya Federasiyasının Kaspiysk şəhərində (Dağıstan Respublikası) güləş üzrə böyüklər arasında Avropa çempionatı sona yaxınlaşır.
Yarışın altıncı günündə 61, 74, 86, 92 və 125 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçilər qüvvələrini sınayır.
Mübarizəyə 1/4 finaldan qoşulan Mircəlal Həsənzadə (61 kq) və Şərif Şərifov (92 kq) rəqiblərini tam üstünlüklə məğlub edərək yarımfinala vəsiqə qazanıb.
Mircəlal Həsənzadə yarımfinal görüşünü uduzaraq bürünc medal uğrunda görüşə haqq qazanıb.
86 kq-da yarışan Aleksandr Qostiyev Bolqarıstan və Almaniyadan olan rəqiblərinə qalib gələrək yarımfinala yüksəlib. Gürcüstan idmançısını da məğlub edən təmsilçimiz finala yüksəlib. Həlledici görüşdə Qostiyevin rəqibi Rusiya idmançısı olacaq.
92 kq-da mübarizə aparan Şərif Şərifov yarımfinalda Türkiyə idmançısına heç bir şans verməyib və finala vəsiqə qazanıb. Həlledici görüşdə onun rəqibi Rusiya idmançısı Abdulraşid Sadullayev olacaq.
125 kq-da mübarizə aparan Cəmaləddin Məhəmmədov təsəlliverici görüşə qatılacaq.
Final görüşləri sabah Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
61 kq
Bürünc medal görüşü - Mircəlal Həsənzadə
1/2 final - Mircəlal Həsənzadə - Beka Lomtadze (GEO) 0:12
1/4 final - Rendi Vok (SUI) - Mircəlal Həsənzadə 0:10
74 kq
1/8 final - Coşqun Əzimov - Andrius Mazeyka (LTU) 6:8
86 kq
FİNAL - Aleksandr Qostiyev - Artur Nayfonov (RUS)
1/2 final - Aleksandr Qostiyev - Sandro Aminaşvili (GEO) 6:0
1/4 final - Aleksandr Qostiyev - Ahmed Dudarov (GER) 6:0
1/8 final - Aleksandr Qostiyev - Mehmet Remiz Qazi (BUL) 10:0
92 kq
FİNAL - Şərif Şərifov - Abdulraşid Sadullayev (RUS)
1/2 final - Şərif Şərifov - Serdar Böke (TUR) 10:0
1/4 final - Nikolay Ceban (MDA) - Şərif Şərifov 0:10
125 kq
Təsəlliverici görüş - İbrahim Saidau (BLR) - Cəmaləddin Məhəmmədov
1/4 final - Cəmaləddin Məhəmmədov - Taha Akgül (TUR) 2:4