Yığmamız Gürcüstanla birgə Şamaxıda hazırlıq keçəcək
ESTAFET/ Dünəndən etibarən yeniyetmə boksçulardan ibarət Azərbaycan milli komandasının növbəti təlim-məşq toplanışına start verilib. Mayın 10-dək keçiriləcək hazırlıqda 25 idmançı iştirak edəcək.
Vaqif Kazımovun rəhbərlik etdiyi komanda məşqləri Şamaxıda gerçəkləşdirəcək. Hazırlıq prosesinə yığmamızla yanaşı, qonşu Gürcüstan millisinin üzvləri də qatılacaq. 2 yığmanın birgə təlim-məşq toplanışında iştirakı Heydər Əliyev kubokuna hazırlıq məqsədi daşıyır. Bu turnir mayın 10-14-də Bakıda keçiriləcək.