İntizam Komitəsinin növbəti qərarları

ESTAFET/ Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib. Keçirilən iclasda aşağıdakı qərarlar qəbul edilib. 

 

Topaz Premyer Liqasının XXVI turunun “Qəbələ” – “Keşlə” matçında “Keşlə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).

 

Topaz Premyer Liqasının XXVI turunun “Səbail” – “Zirə” matçının 33-cü dəqiqəsində “Zirə” klubunun 43 №-li futbolçusu Riçard Qadze hakimi aldatmağa cəhd etdiyinə görə sarı vərəqə ilə cəzalandırılmışdı. Lakin oyunun video yazısına baxıldıqda hakimin epizodu düzgün qiymətləndirmədiyi müəyyən olunub. İntizam Komitəsi bununla bağlı aşağıdakı qərarı qəbul edib:

 

Oyunun 33-cü dəqiqəsində “Zirə” klubunun 43 №-li futbolçusu Riçard Qadzeyə göstərilmiş sarı vərəqə ləğv edilir.

 

Topaz Premyer Liqasının XXVI turunun “Qarabağ” – “Neftçi” matçında “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunur (maddə 52).

 

Əvəzedici heyətlərin XXVI turunun “Səbail” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).

 

Əvəzedici heyətlərin XXVI turunun “Kəpəz” – “Sumqayıt” matçının 13-cu dəqiqəsində “Sumqayıt” klubunun 50 №-li futbolçusu Məmmədli Məhərrəm sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

 

Oyunun 73-cü dəqiqəsində “Kəpəz” klubunun 98 №-li futbolçusu Elcan Rəhimov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

 

I Divizionun XXVI turunun “Mil-Muğan” – “Şüvəlan” matçında 89-cu dəqiqəsində “Mil-Muğan” klubunun 14 №-li futbolçusu Elnur Məmmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

 

I Divizionun XXVI turunun “Turan Tovuz” – “Qaradağ Lökbatan” matçında “Turan Tovuz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).

 

Oyunun 89-cu dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 17 №-li futbolçusu Sabir Allahquliyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 3 oyunluq cəzalanır, klub 240 manat cərimə olunur (maddə 38.2).

 

I Divizionun XXVI turunun “Xəzər” – “Zaqatala” matçının 82-ci dəqiqəsində “Zaqatala” klubunun 14 №-li futbolçusu Roini İsmayılov rəqibi təhqir etdiyinə görə meydançadan kənarlaşdırılıb. Futbolçu bu səbəbdən 3 oyunluq cəzalanır, klub 160 manat cərimə olunur (maddə 42.1).

 

Oyunun 82-ci dəqiqəsində “Xəzər” klubunun 14 №-li futbolçusu Tural Qürbətov rəqibi təhqir etdiyinə görə meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 3 oyunluq cəzalanır, klub 160 manat cərimə olunur (maddə 42.1).

 

I divizionun XXVI turunun “Ağsu” – “Binə” matçında “Binə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).

 

Oyunun 90+1-ci dəqiqəsində “Ağsu” klubunun 11 №-li futbolçusu Qalib Əmrahov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 3 oyunluq cəzalanır, klub 240 manat cərimə olunur (maddə 38.2). 

Müəllif: Orxan NOVRUZOV