Sablyaçımız beynəlxalq turnirin qalibi oldu
ESTAFET/ 4-6 may tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində 2003-2005 və 2006-2008 təvəllüdlü qılıncoynadanlar arasında beynəlxalq turnir keçirilib.
Sablya, şpaqa və rapira növündə keçirilən yarışda komandamız ümumilikdə 17 idmançı ilə təmsil olunub. Təmsilçilərimizdən 13-ü sablya, 4-ü isə rapirada qüvvəsini sınayıb.
İdmançılarımızdan Fidan Quliyeva 2006-2008 təvəllüdlü sablyaçıların yarışında turnirin qalibi adı qazanıb. Nurlan Zeynallı və Murad Muradov isə 2006-2008 təvəllüdlü sablyaçıların yarışında üçüncü olub.