Stolüstü tennis üzrə veteranlar arasında Azərbaycan çempionatı keçirilmişdir

ESTAFET/ 2018-ci il 05-06 may tarixlərində Azərbaycan Respublikası Stolüstü Tennis Federasiyasının təqvim-idman planına müvafiq olaraq Ümummilli Lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş veteranlar arasında Azərbaycan çempionatı keçirilmişdir. Çempionatın məqsədi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyini yad etmək, veteranların sağlamlığının möhkəmləndirilməsi, onların fəal idman hərəkatına cəlb edilməsi və stolüstü tennisin geniş əhali arasında təbliğ edilməsidir.

 

Tədbirin açılışında vitse-prezident Fazil Məmmədov Ümummilli Lider Heydər Əliyevin həyat yolundan bəhs etmiş, müstəqil Azərbaycanın memarı olan Uluöndərin strategiyasına uyğun olaraq aparılan ardıcıl siyasətin doğruluğunu keçən zamanın özü sübut etdiyini vurğulamışdır. Bütün digər sahələrdə olduğu kimi, idmanın da inkişafına böyük diqqət və qayğı bu strategiyanın tərkib hissəsi olduğu barədə ətraflı bəhs etmişdir.

 

Sonra veteranlar Şurasının sədri Firudin Qurbanov veteranlar adından onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirmişdir.

 

İki gün davam edən çempionatda 50-dən çox veteranın iştirak etmişdir. Qadınlar arasında I yeri Qiyasova Xəyalə, II yeri Mikayılova Könül, III yeri isə İbrahimova Gülnarə qazanmışdır. Kişilər isə üç yaş qrupunda işrirak etmişdir. 40-49 yaş qrupunda I yeri Məmmədov Vaqif, II yeri Mikayılov Zaur , III yeri isə Heydərli Əli qazanmışdır.

 

50-59 yaş qrupunda I yeri Ağayev İlham, II yeri Hüseynov Teymur , II yeri isə Heydərli Əsgərqulu qazanmışdır.

 

60 yaş və daha yuxarı yaş qrupu üzrə isə I yeri Heydərov Səxavət, II yeri Xudiyev Tahir, III yeri isə Həyyatov Əhməd tutmuşdur.

 

Sonda qaliblərə Federasiyanın kubok, diplom, medallar və pul mükafatları təqdim edilmişdir. 

Müəllif: Bəhruz MƏMMƏDOV