Yeniyetmə gimnastlarımız uğur qazanmaqda davam edir

ESTAFET/ Dünən, Quadalaxara şəhərində (İspaniya) bədii gimnastika üzrə beynəlxalq turnir yekunlaşıb.

 

Son günlər uğurlu çıxışları ilə yadda qalan yeniyetmə gimnastlarımız bu turnirdən də əli boş qayıtmırlar. Belə ki, komanda hesabında təmsilçilərimiz Nərminə Səmədova və Arzu Cəlilova ümumi hesaba 88.550 xal yazdırmaqla, 3-cü pilləyə yüksəliblər və turnirin bürünc medalına layiq görülüblər. Sıralamada 4-cü yerdə də 86.950 xalla digər Azərbaycan gimnastları Dərya Farşbafşəhriyari və Yelizaveta Luzan qərarlaşıb.

 

Qızlarımız fərdi final yarışlarında da mübarizə aparıblar. Nəticələrə əsasən, Arzu Cəlilova gürzlərlə 4-cü, lentlə isə 7-ci olub. Luzan isə halqa ilə çıxışına görə 6-cı yerdə qərar tutub. 

Müəllif: Orxan NOVRUZOV