Pedro Enrike "Qarabağ"dan ayrıldı

ESTAFET/ "Qarabağ”dan ayrılan ilk futbolçunun adı məlum olub. Cari mövsümün əvvəlində Yunanıstanın PAOK klubundan 1 illik icarə əsasında Ağdam klubuna transfer olunan Pedro Enrikeylə yollar ayrılıb. İcarə müddəti başa çatan futbolçuyla yeni müqavilə imzalanmayıb.

 

Qeyd edək ki, Enrike Azərbaycan çempionunun heyətində çıxdığı 26 matçda 6 qola imza atıb.

 

Klubun rəsmi saytında “Qarabağ” Futbol Klubu Pedro Enrikeyə klubda göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb. 

Müəllif: Orxan NOVRUZOV