Kənan Heybətov yarımfinalda: YAÇ - 2018

ESTAFET/ Bugündən etibarən Makedoniyanın Skopje şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı start götürüb.

 

İlk yarış günündə 45, 51, 60, 71 və 92 kq çəki dərəcələrində sərbəst güləşçilər yarışır.

45 kq
1/2 final - Rafael Harutyunyan (ARM) - Kənan Heybətov
1/4 final - Kənan Heybətov - Ramazan Bagavudinov (RUS) 19:11
1/8 final - Kənan Heybətov - Joni Tsxadaia (GEO) 11:9

 

51 kq
1/4 final - Samvel Terzian (RUS) - Riyad Aslanov 7:2
1/8 final - Mike Sell (GER) - Riyad Aslanov 0:10

 

60 kq
1/16 final - Sabir Cəfərov - Mikita Honçarov (UKR) 2:7

 

71 kq
1/4 final - Muhammet Çavuş (TUR) - Rəşad Əzizov 4:1
1/8 final - Rəşad Əzizov - Dominik Andras Mezei (HUN) 6:5
1/16 final - Hamlet Haxverdiyan (ARM) - Rəşad Əzizov 0:8

 

92 kq
1/4 final - Sənan Əlizadə - Danilo Stasiuk (UKR) 0:2
1/8 final - Sergey Sargsyan (ARM) - Sənan Əlizadə 3:6

 

Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

 

Məlumat üçün bildirək ki, Avropa çempionatı 12-14 oktyabrda Argentinanın Buenos Ayres şəhərində keçiriləcək yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Belə ki, yunan-Roma güləşi üzrə 45, 51, 60, 71 və 92 kq, sərbəst güləş üzrə 48, 55, 65, 80 və 110 kq, qadın güləşi üzrə 43, 49, 57, 65 və 73 kq çəkidə çempion olacaq güləşçilər Olimpiya Oyunlarına birbaşa vəsiqə qazanacaq. Reqlamentə əsasən isə, qazanılmış lisenziyaların sayından asılı olmayaraq, hər bir ölkə hər bir güləş növü üzrə maksimum 2 idmançı ilə təmsil oluna bilər.
 

Müəllif: Bəhruz MƏMMƏDOV