Sevil 142 iştirakçı arasında 31-ci oldu

ESTAFET/ Rusiyanın paytaxtı Moskvada qadın sablyaçılar arasında Dünya Kubokunun qran-pri mərhələlərindən biri olan "Moskva sablyası" beynəlxalq turniri keçirilib.

 

Ölkəmizi turnirdə Sevil və Sevinc Bünyatova bacıları təmsil edib. Sevinc Bünyatova qrup mərhələsində keçirdiyi 6 görüşdən 2-də qələbə qazansa da, xal hesabına görə növbəti mərhələyə yüksələ bilməyib.


Digər təmsilçimiz Sevil Bünyatova isə qrupda keçirdiyi 6 görüşdən 4-nü qalib başa vurmaqla, pley-offa vəsiqə qazanıb. Sevil 1/64 finalda italiyalı sablyaçı Katerina Navarrianı 15:13 hesabı ilə məğlub edib. Bünyatovanın turnirin 1/32 finalında da rəqibi İtaliya təmsilçisi olub. Sablyaçımız bu dəfə Loreta Gulotta üzərində 15:14 hesablı qələbə qazanıb. 1/16 finalda polşalı Malqorzata Kozaçuka 10:15 hesabı ilə uduzub. Sablyaçımız 142 iştirakçı arasında 31-ci yeri tutub.  

Müəllif: Bəhruz MƏMMƏDOV