Şpaqaçımız olimpiya çempionu ilə bacarmadı

ESTAFET/ Fransanın paytaxtı Parisdə kişi şpaqaçılar arasında Qran-pri seriyasından sayılan "Challenge SNCF Réseau" turniri keçrilib.

 

Dünyanın ən güclü şpaqaçıların qatıldığı turnirdə ölkəmizi Kənan Əliyev təmsil edib. Qrup mərhələsində Kolumbiya və Yaponiya təmsilçilərinə qalib gələn şpaqaçımız, Özbəkistan, Misir, ABŞ və Almaniyadan olan rəqiblərinə uduzsa da, növbəti mərhələyə adlamağı bacarıb. Burada isə təmsilçimizin rəqibi olimpiya çempionu, italiyalı şpaqaçı Matteo Taqliariol olub. Görüş İtaliya təmsilçisinin 15:9 hesablı qələbəsi ilə başa çatıb. 

Müəllif: Orxan NOVRUZOV