FİFA-nın mundiallarla bağlı qərar verəcəyi tarix dəqiqləşdi

ESTAFET/ Rusiyada keçiriləcək DÇ-2018 ərəfəsində - iyunun 13-də FİFA-nın Konqresi baş tutacaq. Moskvada keçiriləcək Konqresin gündəliyində əsas məsələlər növbəti iki mundialla bağlıdı.

 

FİFA 2022-ci ildə Qətərdə baş tutacaq yarışda iştirakçıların sayının 32 deyil, 48 olmasını müzakirə edəcək və yekun qərarını açıqlayacaq. Final mərhələsindəki iştirakçı sayı da məhz həmin iclasda dəqiqləşəcək.

 

Konqresdə DÇ-2026-nın ev sahibi də müəyyənləşəcək. FİFA iki variant arasında seçim edib, yekun qərar verəcək. Bunlar Mərakeş və birgə namizədliyini irəli sürən Şimali Amerika “üçlüy”ü – ABŞ, Kanada ilə Meksikadı. 

 

Mənbə: APASport

Müəllif: Bəhruz MƏMMƏDOV