Millimiz “Heydər Əliyev Kuboku-2018”in qalibi olub

ESTAFET/ Yeniyetmə oğlan boksçular arasında Beynəlxalq “Heydər Əliyev Kuboku-2018” turniri başa çatıb. Sumqayıt Olimpiya İdman Kompleksində baş tutan ənənəvi yarışda Azərbaycan yığması ilə yanaşı, Qazaxıstan, Rusiya, Gürcüstan, Qırğızıstan və Ukrayna milliləri güclərini yoxlayıblar.

 

Komandamız turnirdə 5 qızıl, 5 gümüş və 7 bürünc medal qazanıb. Millimizin heyətində Əli Zamanov (48 kq), Əzrək Bəbirov (54 kq), Eldar Babayev (60 kq), Elmir Novruzov (63 kq) və Murad Allahverdiyev (80 kq) bütün rəqiblərinə qalib gələrək, çempion tituluna yiyələnib. Yalnız finalda məğlub olan Ruslan Qədirov (46 kq), Elmar Abbasov (52 kq), Nihat Həmidov (57 kq), İsa Novruzlu (63 kq) və Cəfər Heydərli (70 kq) ikinci yeri tutublar. Digər boksçularımızdan Sənan Əhmədov (48 kq), Nihad Qurbanov (52 kq), Rəşid Həsənov (60 kq), Samir Nəsirov (63 kq), Nurlan Qasımov (70 kq), Əsəd Baxışov və Əhməd Əhmədov (hər ikisi +80 kq) bürünc medalla kifayətləniblər.

 

Bu nəticə Azərbaycanı komanda hesabında birinci edib. Yarışda ikinci yer Qazaxıstana qismət olub. Asiyalılar da “Heydər Əliyev Kuboku-2018”də 5 qızıl və 5 gümüş medala yiyələniblər. Onlar yığmamızdan 3 “bürünc” geri qalıblar. İlk “üçlüy”ü isə Ukrayna qapayıb. Bu komanda Sumqayıtda 9 medala (2-2-5) sahib olub.

 

Qeyd edək ki, Eldar Babayev turnirin ən texnikalı boksçusu seçilib.

 

Finallar
46 kq: Ruslan Qədirov (Azərbaycan) – Muhammedsabir Uulu Bazarbay (Qazaxıstan)  1:3
48 kq: Əli Zamanov (Azərbaycan) – Yerbolat Sabir (Qazaxıstan)  5:0
50 kq: Almaz Uzixanov (Qazaxıstan) – Maksim Xorodnyuk (Ukrayna)  2:3
52 kq: Elmar Abbasov (Azərbaycan) – Yerassil Tankay (Qazaxıstan)  0:5
54 kq: Əzrək Bəbirov (Azərbaycan) – Maksim Vlasyuk (Ukrayna)  4:1
57 kq: Nihat Həmidov (Azərbaycan) – Abzal Serik (Qazaxıstan) – ikinci tam üstünlüklə qələbə qazanıb
60 kq: Giorgi Qeqeçxori (Gürcüstan) – Eldar Babayev (Azərbaycan)  1:4
63 kq: İsa Novruzlu (Azərbaycan) – Elmir Novruzov (Azərbaycan)  2:3
66 kq: İlya Kisselyov (Qazaxıstan) – Mikita Qorbatenko (Ukrayna)  4:1
70 kq: Cəfər Heydərli (Azərbaycan) – Yerassil Jakpekov (Qazaxıstan) – ikinci tam üstünlüklə qələbə qazanıb
75 kq: Yevgeni Prixodko (Qazaxıstan) – Vladimir Kuşnir (Ukrayna)  0:5
80 kq: Murad Allahverdiyev (Azərbaycan) – Nursultan Beysenbayev (Qazaxıstan)  5:0
+80 kq: Əmanət Sabirqali (Qazaxıstan) – Saba Axalaya (Gürcüstan)  1:4

 

Bütün mükafatçılar
46 kq
1. Muhammedsabir Uulu Bazarbay (Qazaxıstan)
2. Ruslan Qədirov (Azərbaycan)
3. Geno Xaftasi (Gürcüstan)
3. Eşqin Hüseynov (Gürcüstan)

 

48 kq
1. Əli Zamanov (Azərbaycan)
2. Yerbolat Sabir (Qazaxıstan)
3. Bohdan Ştonda (Ukrayna)
3. Sənan Əhmədov (Azərbaycan)

 

50 kq
1. Maksim Xorodnyuk (Ukrayna)
2. Almaz Uzixanov (Qazaxıstan)
3. Maksoy Jusupov (Qırğızıstan)
3. Giorgi Sadjaya (Gürcüstan)

 

52 kq
1. Yerassil Tankay (Qazaxıstan)
2. Elmar Abbasov (Azərbaycan)
3. Azadbek Kubatov (Qırğızıstan)
3. Nihad Qurbanov (Azərbaycan)

 

54 kq
1. Əzrək Bəbirov (Azərbaycan)
2. Maksim Vlasyuk (Ukrayna)
3. Maqammed Mamayev (Rusiya)
3. Jaslan Kayirbekov (Qazaxıstan)

 

57 kq
1. Abzal Serik (Qazaxıstan)
2. Nihat Həmidov (Azərbaycan)
3. Bekzat Bitimov (Qazaxıstan)
3. Giorgi Lazaraşvili (Gürcüstan)

 

60 kq
1. Eldar Babayev (Azərbaycan)
2. Giorgi Qeqeçxori (Gürcüstan)
3. Kiril Taran (Ukrayna)
3. Rəşid Həsənov (Azərbaycan)

 

63 kq
1. Elmir Novruzov (Azərbaycan)
2. İsa Novruzlu (Azərbaycan)
3. Dias Moljiqitov (Qazaxıstan)
3. Samir Nəsirov (Azərbaycan)

 

66 kq
1. İlya Kisselyov (Qazaxıstan)
2. Mikita Qorbatenko (Ukrayna)
3. Nikolos Jioşvili (Gürcüstan)
3. Yuri Aleksa (Ukrayna)

 

70 kq
1. Yerassil Jakpekov (Qazaxıstan)
2. Cəfər Heydərli (Azərbaycan)
3. Nurlan Qasımov (Azərbaycan)
3. Apimuxamed Xiyazov (Qırğızıstan)

 

75 kq
1. Vladimir Kuşnir (Ukrayna)
2. Yevgeni Prixodko (Qazaxıstan)
3. Matvey Rajba (Ukrayna)
3. Giorgi Qitsatev (Gürcüstan)

 

80 kq
1. Murad Allahverdiyev (Azərbaycan)
2. Nursultan Beysenbayev (Qazaxıstan)
3. Nikita Xripko (Ukrayna)
3. Dias Konisbay (Qazaxıstan)

 

+80 kq
1. Saba Axalaya (Gürcüstan)
2. Əmanət Sabirqali (Qazaxıstan)
3. Əsəd Baxışov (Azərbaycan)
3. Əhməd Əhmədov (Azərbaycan) 

Müəllif: Natiq NƏSİROV