Azərbaycan kubokunun finalı rəqəmlərin gözü ilə

ESTAFET/ Mayın 28-də Azərbaycan kubokunun final qarşılaşması keçiriləcək. Həlledici qarşılaşmada “Keşlə” və “Qəbələ” üz-üzə gələcək. Peşəkar Futbol Liqasının rəsmi saytı bu komandaların ölkə kubokundakı görüşlərinin balansını təqdim edib.

 

Azərbaycan kuboku, Final

28 may 2018

 

 “Keşlə” - “Qəbələ”  4 oyun, +1=0-3, top fərqi 6-7

Komandaların yolları indiyədək 2 dəfə kubokda kəsişib. Hər iki halda yarımfinalda üz-üzə gələn rəqiblərin duellərində 4 matç baş tutub. Son 3 qarşılaşmada “Qəbələ” 2 top fərqilə qələbə qazanıb. 

 

2008/09    1/2 final    İnter (Bakı) - Qəbələ   5:0, 0:2

2016/17    1/2 final    İnter (Bakı) - Qəbələ   1:3, 0:2

Müəllif: Orxan NOVRUZOV