Şəhriyar Norveçdə bərabərliklə başladı
ESTAFET/ Stavanqerdə “Altibox Norveç Chess” superturnirinə start verilib. Turnirdəki təmsilçimiz Şəhriyar Məmmədyarov yarışın ilk turunda fransız Maksim Vaşye-Laqravla qarşılaşıb.
“Ağlar”la oynayan Şəhriyar 23-cü gedişdə rəqibin təklif etdiyi bərabərliyə razılaşıb. Turun maraqlı görüşü isə ilin sonunda şahmat tacı uğrunda görüşdə üz-üzə gələcək Maqnus Karlsenlə Fabiano Karuananın qarşılaşması olub. Norveçli rəqibini mat edib.
I tur
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Maksim Vaşye-Laqrav (Fransa) 0,5:0,5
Maqnus Karlsen (Norveç) - Fabiano Karuana (ABŞ) 1:0
Hikaru Nakamura (ABŞ) - Dinq Liren (Çin) 0,5:0,5
Uesli So (ABŞ) - Sergey Karyakin (Rusiya) 0,5:0,5
Vişvanatan Anand (Hindistan) - Levon Aronyan (Ermənistan) 0,5:0,5