Hərçəqani də bürünclə kifayətləndi
ESTAFET/ Tatarıstanın paytaxtı Kazan şəhərində (Rusiya) keçirilən taekvondo üzrə böyüklər arasında Avropa çempionatında millimiz bu gün növbəti medalını qazanıb. Yığma komandanın üzvü Milad Beigi Hərçəqani -(80 kq) bürünc medala sahib oldu.
Belə ki, idmançımız polşalı Karol Holudovic və ispan Raul Martinezi məğlub edib yarımfinala adladı. Rusiyalı Maksim Kramtcov ilə həlledici mərhələyə vəsiqə uğrunda mübarizədən məğlub ayrılan Milad yarışı bürünc medalla başa vurdu.