Radik İsayev növbəti dəfə qitə çempionu oldu

ESTAFET/ Rusiyanın Kazan şəhərində keçirilən Avropa çempionatına yekun vurulub. Yarışın son günü Dünya çempionu, Avropa çempionu, Avropa Oyunlarının qızıl mükafatçısı, Olimpiya çempionu, IV İslam Oyunalrının qalibi, Dünya kubokunun ikiqat sahibi Radik İsaev (+87 kq) növbəti dəfə qitə çempionu oldu.

 

Rəqibləri olan yunan idmançı Atanasios Nikoladis, rusiyalı Yuri Kiriçenka və Roman Kuznetsovu məğlub edən komandamızın üzvü fəxri kürsünün qızıl pilləsinə qalxdı. Beləliklə, millimiz bu Avropa çempionatında üçüncü medalını qazandı.

 

Xatırladaq ki, yarışın ilk günü Patimat Abakarova, daha sonra Milad Beigi Hərçəqani bürünc medala sahib olmuşdur. 

Müəllif: Natiq NƏSİROV