Qılıncoynatma üzrə Azərbaycan çempionatına start verilib

ESTAFET/ Bu gün Azərbaycan Texniki Universitetinin İdman Sarayının əsas zalında qılıncoynatma üzrə Azərbaycan çempionatına start verilib.

 

Azərbaycan Qılıncoynatma Federasiyası ilə Azərbaycan Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışda ümumilikdə 90 qılıncoynadan medallar uğrunda mübarizə aparır. İlk olaraq, turnirin açılış mərasimi baş tutub. Azərbaycan Qılıncoynatma Federasiyasının vitse-prezidenti Fikrət Zeynalov yarış iştirakçılarını salamlayaraq, onlara uğurlar arzulayıb.Yarışın ilk günündə sablya və rapira növündə qaliblər müəyyənləşib:

 

Sablya. Qadınlar:

1. Sevil Bünyatova
2. Sevinc Bünyatova
3. Nərminə Cəfərova
3. Aysel Əhədova

 

Sablya. Kişilər:

1. Abdulla Həsənov
2. Cavanşir Ağakişiyev
3. Xalid Əsədov
3. Elvin Rzazadə

 

Rapira. Qadınlar:

1. Elmira Xudaverdiyeva
2. Sevil Bünyatova
3. Nərminə Cəfərova
3. Sevinc Bünyatova

 

Rapira. Kişilər:

1. Cavanşir Ağakişiyev
2. Elvin Rzazadə
3. Rəhim Əmirov
3. Marat Aminov

 

Qeyd edək ki, qılıncoynatma üzrə Azərbaycan çempionatına sabah şpaqaçıların mübarizəsindən sonra yekun vurulacaq. 

Müəllif: Natiq NƏSİROV