Yeniyetmə güləşçilər Dünya çempionunun şərəfinə turnirdə yarışacaq
ESTAFET/ 2-3 iyun 2018-ci il tarixdə Gürcüstanın Rustavi şəhərində Dünya çempionu Temo Kazaraşvilinin şərəfinə yeniyetmə yunan-Roma güləşçiləri arasında beynəlxalq turnir keçiriləcək.
Böyük məşqçi Bəhram Mürvətov və məşqçi İslam Cəfərovun rəhbərliyi altında Gürcüstana 19 güləşçimiz yollanıb. Yarışda ölkəmizi Qurban Qurbanov, Fərhad İsrafilov (hər ikisi 45 kq), Nihad Quluzadə, Ariz Hüseynov (hər ikisi 48 kq), Həsrət Cəfərov, Qüdrət Şıxəlizadə (hər ikisi 51 kq), Murad Abbasov, İsrafil Məmmədov (hər ikisi 55 kq), Adəm Hacızadə, Nihad Məmmədli, Xasay Həsənli, Əli Alıyev (hamısı 60 kq), Ruslan Hədisov, Əkrəm Ağayev (hər ikisi 65 kq), Allahverdi Əliyev (71 kq), Qabil Əhmədov (80 kq), Laçın Vəliyev, Rahim Qəhrəmanzadə (hər ikisi 92 kq) və Sərxan Məmmədov (110 kq) təmsil edəcək.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Elgün Məmmədov təmsil edəcək.