Bordinin "Neftçi"də 5 köməkçisi olacaq - biri məlumdu

ESTAFET/ “Neftçi”nin yeni baş məşqçisi Roberto Bordinin köməkçilərindən biri məlumdu. 53 yaşlı italiyalı mütəxəssis “ağ-qaralar”da həmyerlisi ilə birgə çalışacaq.

 

Bu, Bordinin son klubu olan Moldova “Şerif”ində birgə çalışdığı Andrea Vezzudu. 46 yaşlı mütəxəssis “Neftçi”də fiziki hazırlıq üzrə məşqçi kimi fəaliyyət göstərəcək. Vezzu məşqçiliyə 2016-cı ildə məhz Bordinin rəhbəliyi altında başlayaraq onun köməkçisi olub.

 

Bordinin "Neftçi"də məşqçilər korpusunda 5 nəfər yer alacaq ki, onlardan biri qapıçılarla işləyən məşqçi olacaq. İtaliyalı mütəxəssisin komandasında azərbaycanlı həmkarlarının olması mütləq nəzərdə tutulub. Bordin ona təqdim olunacaq yerli mütəxəssislər siyahısıyla tanış olaraq seçimini edəcək.

 

Xatırladaq ki, "Neftçi" baş məşqçi Tərlan Əhmədovdan sonra bütün köməkçiləriylə də yollarını ayırıb.

 

Mənbə: Sport24 

Müəllif: Bəhruz MƏMMƏDOV