“Səbail”dən daha bir rəsmi transfer

ESTAFET/ “Səbail” heyətinə daha bir futbolçu cəlb edib. Paytaxt klubu Premyer Liqanın digər təmsilçisi “Sumqayıt”la yollarını ayıran Vüqar Bəybalayevi sıralarına qatıb.


Artıq tərflər rəsmi müqaviləyə imza atıblar. Gənc yarımmüdafiəçi yeni klubu ilə 1 illik müqavilə bağlayıb.


Xatırladaq ki, “Səbail” daha öncə "Qarabağ"la yollarını ayırmış Rahid Əmirquliyev və Ağabala Ramazanovu, eləcə də Şəhriyar Rəhimov ("Kəpəz") və Orxan Əliyevi ("Zirə") transfer etmişdi. 

Müəllif: Natiq NƏSİROV