Gənclərimizdən məhsuldar heç-heçə
ESTAFET/ Bu gün 21 yaşadək futbolçulardan ibarət yığma komandamız daha bir yoldaşlıq görüşü keçirib. Rəşad Sadıqovun yetirmələri Macarıstandan olan həmyaşıdları ilə üz-üzə gəlib.
Görüş məhsuldar heç-heçə ilə nəticələnib. "Dalğa Arena"da 6 qolun vurulduğu matçda gənclərimiz 2 top fərqini aradan qaldıraraq məğlubiyyətdən xilas olub.
Yığmamız bir neçə gün öncə Astanada Qazaxıstanın U-21 millisi ilə heç-heçə edib - 1:1.
Yoldaşlıq oyunu
8 iyun
19:00. Azərbaycan - Macarıstan 3:3
Qollar: Ehtiram Şahverdiyev, 49-pen, Renat Dadaşov, 66, Anton Krivotsyuk, 71 - Qabor Makray, 29, Atilla Haris, 37, Matias Tayti, 52
Hakimlər: İnqilab Məmmədov, Knyaz Əmiraslanov, Cəmil Quliyev, Orxan Məmmədov.
Mərdəkan. “Dalğa Arena”
Azərbaycan: 12. Kamran İbrahimov, 2. Sərtan Taşkın, 3. Anton Krivotsyuk, 4. Bəhlul Mustafazadə (k), 6. Qismət Alıyev, 13. Hacıağa Hacılı, 16. İsmayıl İbrahimli, 23. Ziya Əzizov, 17. Ozan Can Kökcü, 9. Fəhmin Muradbəyli, 7. Ehtiram Şahverdiyev.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 22. Abdulla Seyidəhmədov, 25. İbrahim Hüseynov, 28. Şakir Seyidov, 5. Elvin Sərkərov, 11. Fərid Nəbiyev, 8. İlkin Muradov, 18. Murad Mahmudov, 10. Renat Dadaşov, 27. Toral Bayramov, 26. Amin Seydiyev, 20. Ömər Buludov.
Baş məşqçi: Rəşad Sadıqov.
Macarıstan: 1. Adam Zima, 2. Bense Pavkoviç, 3. Atilla Şalay, 5. Akos Keskes (k), 6. Giorgi Hursan, 7. Matias Tayti, 8. Atilla Haris, 9. Norbert Kundrak, 14. Kristof Hinora, 16. Bense Bano-Şabo, 17. Qabor Makray.
Ehtiyat oyunçular: 12. Tot Balaş, 4. Norman Şabo, 10. Bense Şabo, 11. Andres Şafer, 13. Bense Georgi, 15. Peter Forqaş.
Baş məşqçi: Mixael Boris.