"Mən olsam, ikisini də saxlayardım": Niko Rosberq

ESTAFET/ Formula 1 komandalarından olan "Mercedes"in hər iki sürücüsünün müqaviləsi bu ilin sonunda bitir. Amma Almaniya təmsilçisi hələ də sürücülərlə müqaviləni yeniləməyib. Bəzi iddialara əsasən, Mercedes gələn il Bottasın əvəzinə Daniel Rikkardonu, ya da Esteban Okonu transfer etmək istəyir.

Sabiq Formula 1 sürücüsü Niko Rosberq bildirib ki, Mercedes komandası gələn il heyətini qorumalıdır: “Mən olsam, qətiliklə ikisini də saxlayardım. Lyuis və Valtteri bir yerdə əla işləyirlər. Bottas bu il yaxşı çıxış edir. Bir neçə yarışda qələbəyə yaxın olsa da, bəxti gətirmədi”. 

Müəllif: Bəhruz MƏMMƏDOV